Çinin “Huawei” şirkəti son 7 ildə ilk dəfə olaraq daxili bazarda ən iri smartfon tədarükçülərinin ilk 5-liyindən çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, tədarük üzrə lider 18,2 milyon ədədlə "Vivo" olub.
Növbəti yerlərdə "Oppo" (16 milyon) və “Xiaomi” (12,6 milyon) qərarlaşıb. İlk beşliyi “Apple” (7,9 milyon) və “Honor” (6,9 milyon) tamamlayır.
Xatırladaq ki, 2019-cu ilin mayından “Huawei” ABŞ-ın qara siyahısındadır. Nəticədə şirkətin bu ölkədə istehsal edilən hissələrə və texnologiyalara yolu bağlıdır.