Türkiyənin cənubunda meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib.
Nazir qeyd edib ki, yanğınlar nəticəsində Marmaris vilayəti yaxınlığında daha bir nəfər ölüb.
Xatırladaq ki, daha əvvəl 3 nəfərin ölməsi barədə məlumat verilmişdi.
Bekir Pakdemirli yanğının söndürülməsi istiqamətində hazırda işlərinin aparıldığını qeyd edib: “Türkiyədə 42 yanğın nəzarət altına alınıb, Antalya, Mersin və Adananın yer aldığı 21 yerdə isə yanğın davam edir”.