"Ermənistanda müəyyən edilə bilməyən əsgərlərin qalıqları Niderlanda göndərilir".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Ermənistan Səhiyyə naziri vəzifəsini icra edən Anahit Avanesyan hökumət iclasından sonra jurnalistlərlə açıqlamasında deyib.
“Eyniləşdirmə prosesini apara bilmədiyimiz qalıqlara malikik. Niderlandlı tərəfdaşlarımızla müqavilə imzalamışıq və hazırda 50 nümunənin köçürülmə mərhələsindəyik", - deyə Avanesyan bildirib.
Onun sözlərinə görə, bunlar mürəkkəb proseslər olduğundan ekspertizanın cavabı çox tez əldə edilməyəcək.