Hava temperaturunun kəskin artması və əsən güclü külək səbəbindən baş verə biləcək yanğın təhlükəsinə qarşı Türkiyənin bir sıra vilayətlərində meşəlik ərazilərə giriş qadağan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya bildirib.
Qeyd olunub ki, iyulun 30-dan avqustun 31-dək davam edəcək qadağalar ölkənin İstanbul, Qaziantep, Çanaqqala, Balıkesir və Kocaeli vilayətlərini əhatə edir.