Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğınlarının söndürülməsi ilə məşğul olan 2 nəfərin cəsədi aşkarlanıb. Bununla da təbii fəlakətin səbəb olduğu ölüm sayı 6-ya çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Haber Global” agentliyi məlumat yayıb.
Daha əvvəl 4 nəfərin öldüyü, 183 nəfərin xəsarət aldığı bildirilirdi.
Məlumata görə, yanğının söndürülməsi zamanı xəsarət almış daha 2 nəfər xəstəxanaya yerləşdirilib.