Bodrumda daha bir yanğın baş verib

A- A A+

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda meşəlik ərazidə daha bir yanğın baş verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yaşayış yerlərinə yaxın ərazidə başlayan yanğın qısa vaxtda sürətlə yayılıb. Yanğının baş verdiyi bölgədə partlayış səsləri eşidilib.

Hadisə ilə bağlı Bodrum Bələdiyyəsindən verilən açıqlamada yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işlərinin həyata keçirildiyi, bütün imkanların səfərbər edildiyi bildirilir. Əhaliyə mümkün qədər yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: