Egey dənizində 5.5 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 07:31-də Türkiyənin Muğla vilayətinin Datça rayonunun sahillərinə yaxın ərazidə baş verib. Ocağı dənizin 10.86 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Qeyd edək ki, son bir neçə saat ərzində Egey dənizində bir neçə zəlzələ baş verib.