Son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün tvitterdəki hesabında bildirib.
O, qeyd edib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.
"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - deyə nazir sosial şəbəkədəki hesabına yazıb.