İranda zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar ölkənin şərqində 4,4 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri 196 min nəfərin yaşadığı Bircənd şəhərindən 174 kilometr şimal-şərqdə, zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.