Ermənilərin emiqrasiyası güclənir - Aclıq “hay”lara güc gəlir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinin Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində 21,9 min nəfər Ermənistan sakini Rusiya vətəndaşlığı alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,8 min nəfər çoxdur.

«VERELQ»-in «News.am» saytına istinadla verdiyi xəbərə görə, Beynəlxalq Valyuta Fondunun (BVF) tərtib etdiyi reytinqdə (əhalinin bir nəfəri üçün ÜDM) Rusiya ötən il 48-ci yeri, Ermənistan isə 88-ci yeri tutub.

Yanvar-aprel aylarında Rusiyada real əməkhaqqı ilə hesablamaqla 2,9 faiz artıb, Ermənistanda isə 1,0 faiz enib. Rusiyada orta pensiya hazırda 200 dollar ətrafındadır, Ermənistanda isə ötən ilin sonuna hətta 90 dollara da çatmayıb.

Cari ilin yanvar-mart aylarına olan məlumata görə, Ermənistan vətəndaşlarının Rusiyada miqrasiya uçotuna alınmasının sayı 280,9 minə çatıb. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 90,9 min artıqdır.

Bu zaman Rusiyada uçota alınmanın ümumi sayında iş səbəbi kimi 202,3 hal göstərilib. Bu, demək olar ki, ötən ilin yanvar-iyun dövrünün göstəricisini 4 dəfə üstələyir.

Bu rəqəmlər göstərir ki, «vətəni qarnında yerləşən ermənilər» çörək axtarışı ilə yaxın-uzaq ölkələrə kütləvi emiqrasiya edirlər. Şübhə etmirəm ki, ermənilərin bu axını rus xalqını (və digərlərini) ciddi düşünməyə məcbur edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: