“Twitter” kompaniyası öz sosial şəbəkəsində feyk xəbərlərlə daha effektiv mübariz aparmaq üçün Reuters və Associated Press agentlikləri ilə əməkdaşlığa başladığını elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, informasiya agentlikləri sosial şəbəkənin əməkdaşlarına hadisələr haqqında daha çox kontekst və məlumat verəcək. Kompaniya ümid edir ki, bu addım yalan informasiyanın platformada yayılmasına qarşı fəaliyyəti gücləndirəcək və feyk xəbərlərin yer aldığı məlumatları operativ silməyə kömək edəcək.
“Twitter” koronavirus pandemiyası barədə dezinformasiya ilə mübarizə kampaniyası çərçivəsində 2020-ci ilin mart ayından bəri müvafiq məzmunlu 8,4 min məlumatı sosial şəbəkədən çıxarıb.