Paşinyandan İran prezidentinə hörmətsizlik

A- A A+

Ermənistan baş naziri Nikol Paşinyan İrana səfəri zamanı ölkə başçısına yaraşmayacaq davranışı ilə diqqət çəkib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli media baş nazirin İran prezidentinə hörmətsiz yanaşmasından yazıb.

Bununla bağlı Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib:

"Yeni seçilmiş İran prezidentinin andiçmə mərasiminə gedən Nikol Paşinyan foyedə oturaraq tərcümə cihazlarını telefonuna taxıb. Bu axmaq diplomatiyanın, mədəniyyətin, nəcibliyin, məsuliyyətin nə olduğunu anlamadı. Xüsusilə də Şərqdə bu cür açıq təhqir və kobudluq unudulmur və bağışlanmır".

Qeyd edək ki, Paşinyanın bu davranışı sosial şəbəkələrin erməni seqmentində də narazılıq doğurub. Ermənilər baş nazirin qeyri-ciddi imic formalaşdırmaqda davam etdiyini yazırlar.
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: