Türkiyənin 46 vilayətində baş verən 214 yanğından 202-si artıq nəzarət altına alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabı vasitəsilə bildirib.
Qeyd edilib ki, yanğınların söndürülməsində 18 amfibiya təyyarəsi, 57 helikopter, 9 pilotsuz uçan aparat, 850 yanğınsöndürən maşın, 150 iş maşını və 5250 nəfərdən ibarət canlı qüvvə iştirak edir.
Yanğının söndürülməsində bütün qüvvələr ilə çalışılır.