Türkiyənin Balıkesir vilayətində sərnişin avtobusunun aşması nəticəsində 14 nəfər həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hadisə zamanı 18 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar bölgədəki beş fərqli xəstəxanaya yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başladılıb.