Türkiyənin Antalya bölgəsində neçə gündür davam edən meşə yanğınları artıq tamamilə nəzarətə alınıb. Hazırda soyutma işləri aparılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkədə baş verən yanğınlarla bağlı son vəziyyət haqqında məlumatında bildirib.
Yanğından ümumilikdə 59 məhəllənin təsirləndiyini deyən nazir burada zərər görən bina sayının 3231 olduğunu, bu tikililərdən ağır zədəlilərin sökülərək yerlərində yenilərinin tikiləcəyini bildirib.
Qeyd edilib ki, əhalinin ehtiyaclarının qarşılanması üçün ərazidə 400 müvəqqəti konteyner yerləşdirilib. İlkin hesablamalara əsasən, bölgəyə 34 milyon 596 min türk lirəsi məbləğində zərər dəyib.