Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

A- A A+

Avqustun 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, aktual və regional məsələlər müzakirə edilib.

Dövlət başçıları Fransa ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsinin, qarşılıqlı investisiyaların həcminin artırılmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrağın fransalı həmkarı ilə yaxın müddətdə görüşməsi qərara alınıb.

Fransa Prezidenti Türkiyənin iqtisadi sabitliyinin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Prezidentlər, həmçinin Suriyadakı vəziyyət barədə də müzakirələr aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: