Türkiyədə zəlzələ qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyinin “Habertürk”ə istinadən məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 01:36-da İzmir əyalətinin Selçuk rayonunda qeydə alınıb. Zəlzələ 3,6 maqnitudada baş verib, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.