Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Muğla böhran mərkəzində müşavirə keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə Türkiyə Daxili İşlər Naziri Süleyman Soylu, Nəqliyyat və Texnologiya naziri Adil Karaismailoğlu, Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum və Kənd Təsərrüfatı, Meşəçilik naziri Bekir Pakdemirli və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev iştirak edib.
Tədbirdə Türkiyədə baş verən yanğınlarla bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, nazir Bəkir Pekdəmirlinin məlumatına görə artıq Muğlanın Milas rayonundakı yanğın nöqtələri nəzarət altına götürülüb.
Xatırladaq ki, baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub.