Erməni deputat, "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan ölkəsinin diplomatiyada uçuruma yuvarlanmasından gileylənib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o xüsusən də İrəvanın Çini özündən uzaqlaşdrmasını faciəvi hal sayıb.
"Diplomatiyamız son illərdə nə qədər uğurlu oldu? 44 günlük müharibə zamanı bu sahədə sərgilədiyimiz susqunluq diplomatiyamızda problemlərinin olduğunu açıq şəkildə göstərir. Uzağa getməyək, iki həftə əvvəl Azərbaycanda akkreditə olunmuş diplomatlar Şuşaya səfər etdilər. Onların arasında dost hesab etdiyimiz ölkələrin səfirləri də vardı. Nələrsə dəyişib, elə deyilmi? Bəlkə də bu hadisələrə görə biz məsuliyyət daşıyırıq. Yəni təkcə Azərbaycan "günahkar" deyil. Dost saydığımız Çin səfiri belə Şuşaya getdi. Niyə? Gəlin 2019-cu ilə qayıdaq.
Pekində mühüm bir tədbir keçirilsə də, ora heç bir yüksək rütbəli erməni rəsmisi getmədi. Çünki burada- İrəvanda vətəndaşlar bayram qeyd edirdilər, yüksək vəzifə tutan məmurlar isə manqal hazırlayırdılar... Diplomatik problemlərin təzahürlərindən biri də Xarici İşlər Nazirliyinin hazırkı vəziyyətidir. Ya Mnatsakanyana getmək əmri verilmişdi, ya da onun hazırki siyasətlə heç bir əlaqəsi yox idi deyə XİN-dən getdi. 75 gündür xarici işlər nazirimiz yoxdur . Bu, diplomatiyada müəyyən problemlərimizin olması demək deyilmi?".