Ermənistan parlamentində deputatlar arasında qarşıdurma yaranıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Aysor” yayıb.
Toplantıda müxalif Daşnaksütyun Partiyası və “Ermənistan” fraksiyasının üzvü İşxan Saqatelyan Ermənistan hökumətini tənqid edib. O, siyasi çoxluğu həqiqətlərlə razılaşmağa, müxalifəti boğmamağa çağırıb. Bundan sonra hakim fraksiyanın deputatları ilə müxalifət təmsilçiləri arasında söz atışması baş verib.
Parlamentin sədri Alen Simonyanın qarşıdurmanı sakitləşdirmək cəhdi nəticə verməyib. İclas zalına qanunverici orqanın mühafizə xidmətinin əməkdaşları çağırılıb. Bu zaman spiker birbaşa yayımın dayandırılması ilə bağlı göstəriş verib.