İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şiddətli püskürmələrin yaşandığı vulkanda lava axını müşahidə olunub, yaranan duman isə geniş əraziyə yayılıb.
Qeyd edək ki, Siciliyadakı vulkanın püskürməsi bəzən hava nəqliyyatında dayanmalara səbəb olur. Belə ki, Kataniyanın “Fontanarossa” hava limanında fövqəladə vəziyyət elan edilir və bütün uçuşlar dayandırılır.