Rusiya sülhməramlı hərbçilərinin müvəqqəti nəzarəti altında olan Xocavənd rayonunun Yenikənd kəndi ərazisində minanın partlaması nəticəsində yaralanan erməni minaaxtaranların sayı artıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.
Qeyd edilir ki, hadisə zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri kritik vəziyyətdədir. Yaralılardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə ağırdır.
Yaralılardan ikisi əməliyyat olunub.
Qeyd edək ki, həmin ərazilər Ermənistan hərbçilərinin nəzarəti altında olub. Buna görə də oradakı minaları da ermənilər və onlara havadarlıq edənlərin basdırdığı istisna olunmur.
Mütəxəssislər bildiriblər ki, erməni minaaxtaranlar bir vaxtlar elə bu ölkənin hərbçilərinin basdırdığı minaya düşüblər.