Avqustun 11-də Avropada havanın temperaturunda rekord göstərici qeydə alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın Siciliya adasının Sirakuza şəhərində bu gün havanın temperaturu müsbət 48.8 dərəcə selsiyə yüksəlib. Bu, Avropa tarixində rekord isti deməkdir.
Xatırladaq ki, qitədə sonuncu dəfə havanın temperaturunda rekord göstərici 1977-ci ildə 48 dərəcə isti ilə Afinada qeydə alınıb.