Nazir: "Türkiyədə böyük yanğınlar söndürülüb"

A- A A+

"Türkiyədə 15 gün davam böyük miqyaslı meşə yanğınları söndürülüb".

NUHÇIXAN İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.

Nazir Muğlanın Göyceğiz rayonundakı yanğının da nəzarətə alındığını qeyd edib.

B. Pakdemirli bu yanğınların Türkiyə tarixində ən böyük meşə yanğınları olduğunu deyib. Nazir iyulun 28-dən başlayan bu fəlakətin aradan qaldırılmasında başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, dövlət qurum və təşkilatlarına, türk millətinə, dəstək verən ölkələrə təşəkkür edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: