Türkiyədə sel fəlakəti zamanı itkin düşən yüzdən çox insanın axtarışları davam edir

A- A A+

Türkiyənin Qaradəniz bölgəsində meydana gələn sel fəlakəti zamanı itkin düşən yüzdən çox insanın axtarışları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xüsusilə ölkənin Kastamonu, Sinop və Bartın vilayətlərinə təsir göstərən fəlakət zamanı çox sayda tikili dağılıb və ya ciddi zərər görüb, körpülər və yollar çöküb, ev, iş yeri və əkin sahələrini sel suları basıb. Axtarış-xilasetmə işlərinə çox sayda texnika, xüsusi təlim keçmiş itlər və min nəfərə yaxın canlı qüvvə cəlb olunub.

İndiyədək Bartından 323, Kastamonudan 925, Sinopdan isə 472 nəfər evakuasiya edilib.

Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yolların açılması üçün işlər aparılır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəlakət bölgəsini ziyarət edəcəyi gözlənilir. İndiyədək Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) tərəfindən fəlakət bölgəsinə 20 milyon türk lirəsi məbləğində ilkin yardım göndərilib.

Xatırladaq ki, meydana gələn sel fəlakəti zamanı indiyədək itkin düşən 27 nəfərin cəsədi tapılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: