Türkiyə xalqı 19 il əvvəl baş verən, çoxlu sayda insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələnin qurbanlarını anır.
NUHÇIXAN xəbər verir ki, 1999-cu il avqustun 17-də Ankara vaxtı ilə saat 03.02-də 7.4 bal gücündə baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 6 vilayətində hiss olunmuşdu. Nəticədə 17.480 insan həyatını itirdi, 43.953 nəfər yaralandı, 200 min insan evsiz qaldı.
Zəlzələnin ildönümündə təbii fəlakətin qurbanlarının xatirəsinin anılması məqsədilə mərasimlər təşkil olunub.