Ermənistanın baş naziri Nikol Paşinyanın yeni kadr islahatı ölkədə narazılıqla qarşılanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yerli media hazırda çətin günlər yaşayan İrəvanın bu cür kadr dəyişiklikləri ilə irəli gedə bilməyəcəyini yazır.
"Paşinyan Karen Brutyanı vəzifəsindən azad etdi. Hökumətin saytında bildirilir ki, o maliyyə nazirinin birinci müavinidir. Baş nazir başqa bir qərarla onu müdafiə nazirinin müavini təyin etdi... Çox absurd bir seçimdir.
Qeyd edək ki, Brutyan iqtisadçıdır. O, beynəlxalq qurumlar da daxil olmaqla bir sıra strukturların maliyyə və iqtisadi məsləhətçisi vəzifəsində çalışıb. 2016-cı ildə baş prokurorun müşaviri, 2016-cı ildən 2018 -ci ilə qədər Dövlət Gəlirləri Komitəsi rəhbərinin müşaviri olub. 22 may 2018-ci ildə Maliyyə Nazirinin müavini təyin edilmişdi", -məqalədə yazılıb.