Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyanın oğlu Qevorq fərarilik edərək xidmətdən yayınıb. Bu azmış kimi o, paytaxtda idarə etdiyi avtomobillə qəza törədib.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, hadisə İrəvan şəhərinin Çarab Axbyur küçəsində baş verib. Qevorq Dumanyanın idarə etdiyi “Mercedes Benz” markalı avtomobili “BMW” və “Toyota” markalı nəqliyyat vasitələri ilə toqquşub.
Mətbuatda yer alan xəbərlərdə bildirilir ki, nazirin oğlu sənəd üzərində hazırda hərbi xidmətdə hesab olunur.
Nazir Varqam Dumanyan sosial şəbəkədə bildirib ki, oğlu Kompüter elmləri və tətbiqi riyaziyyat fakültəsinin üçüncü kursunu bitirdikdən sonra möhlət hüququndan imtina edərək orduda xidmətə yollanıb.
“O, oğlunun nümunəvi hərbi xidmət etdiyini vurğulayıb. Lakin faktlar bunun tam əksini göstərir”, – deyə mətbuatda yayılan xəbərlərdə qeyd olunub.