Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti zamanı ölənlərin sayı 41-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Kastamonuda 34, Sinopda 6, Bartında isə 1 nəfər həlak olub.
Qardaş ölkədə sel fəlakətinin fəsadlarının aradan qaldırılması istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.
Türkiyənin Qızıl Aypara Cəmiyyəti, Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD), axtarış-xilasetmə briqadaları başda olmaqla, bütün imkanları bölgədə səfərbər edilib. Fəlakət baş verən ərazilərdə çox sayda ev və ofis dağılıb, yaxud ciddi zərər görüb.
Əhali təxliyə edilərək tələbə yataqxanalarına yerləşdirilib.
Fəlakət nəticəsində itkin düşənlərin axtarışları aralıqsız davam etdirilir.