Türkiyənin Kahramanmaraş vilayətində qəzaya uğrayan yanğınsöndürmə təyyarəsi Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülüb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, Adana Meşəçilik İdarəsi tərəfindən istifadə olunan təyyarə yanğınların söndürülməsi üçün uçuş keçirərkən onunla rabitə əlaqəsi kəsilib.
Təyyarənin düşdüyü ehtimal olunan əraziyə çoxlu sayda axtarış-xilasetmə qüvvələri cəlb edilib.
Təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.