Rusiya Müdafiə Nazirliyi “Be-200” tipli amfibiya təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazirlikdən jurnalistlərə məlumat verilib.
Məlumatda bildirilib ki, nazirliyə məxsus təyyarə Türkiyənin Adana bölgəsində yanğınsöndürmə əməliyyatından sonra eniş zamanı qəzaya uğrayıb. Göyərtədə olan 8 nəfər həlak olub.
Təyyarədə beş nəfər Rusiya hərbçisi və üç nəfər Türkiyənin nümayəndəsi olub.
Rusiya Müdafiə Nazirliyinin komissiyası hadisənin səbəblərini araşdırmaq üçün Türkiyəyə yola düşüb.