Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qəzaya uğramış “Be-200” amfibiya təyyarəsindəki rusiyalı hərbçilərin ölümlərindən sonra mükafatlandırılması barədə tapşırıq verib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident V.Putin qəza zamanı həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına başsağlığı verib, Rusiya müdafiə naziri Sergey Şoyquya həlak olmuş rusiyalı hərbçiləri mükafatlandırmağı tapşırıb.
Hadisənin səbəblərini araşdırmaq üçün Rusiya Müdafiə Nazirliyində komissiya yaradılıb. Komissiyanın üzvləri Türkiyəyə yola düşüblər.