Türkiyədə daşqınlar zamanı həyatını itirənlərin sayı 58 nəfərə çatıb

A- A A+

Türkiyənin qərbi Qara dəniz bölgəsində baş verən sel daşqınları nəticəsində ölənlərin sayı artıb.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.

Belə ki, Kastamonuda 48, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib. Təbii fəlakət zamanı, həmçinin 80-ə yaxın insan itkin düşüb. Məlumata görə, daşqın zonalarından itkin düşənlər haqqında ümumilikdə 77 xəbər daxil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: