Əfqanıstanda bütün ölkəyə nəzarəti ələ alan “Taliban” silahlıları paytaxt Kabilə döyüşsüz daxil olublar.
NUHÇIXAN İnformasiya Agentliyi TASS agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan daxili işlər naziri vəzifəsini icra edən Əbdül Səttar Mirzəkval Kabilə hücum edilməyəcəyini, hakimiyyətin sülh yolu ilə təhvil veriləcəyini bildirib.
Öz növbəsində “Taliban” bəyan edib ki, şəhərdən çıxmaq istəyən hər kəsin hüququ təmin ediləcək.
Taliblər hökumət qüvvələri tərəfindən tərk edilən dövlət binalarını ələ keçiriblər.
Prezident Məhəmməd Əşrəf Qaninin ölkəni tərk etdiyi bildirilir.