Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

A- A A+

Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: