İtaliyanın Genuya şəhərində körpünün çökməsi nəticəsində ölənlərin xatirəsini yad etmək məqsədilə sabah axşam paytaxt Romanın əsas görməli yerlərindən olan Kolizeydə işıqlar söndürüləcək.
NUHÇIXAN "RİA Novosti"yə istinadən xəbər verir ki, İtaliyada baş verən faciə ilə əlaqədar milli matəm elan edilib.
Prezident və baş nazirin iştirakı ilə dəfn mərasimi sabah Genuyada keçiriləcək.
Xatırladaq ki, daha əvvəl İtaliya baş naziri Cüzeppe Konte faciə nəticəsində 38 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını söyləyib. 10 nəfər itkin düşmüş sayılır.