Ermənistan-Gürcüstan sərhədində zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Şirak vilayətinin Bavra kəndindən 13 kilometr şimal-şərqdə yeraltı təkan qeydə alınıb.
Ocağı yerin 10 kilometr dərinliyində yerləşən zəlzələ Rixter şkalası ilə 4 balla qiymətləndirilib. Qonşu vilayətlərdə yeraltı təkanın 2-3 balla müşahidə olunduğu bildirilib.