Türkiyənin müdafiə sənayesi raket əleyhinə “Nazar” lazer sistemi ilə daha bir yeniliyə imza atıb.
NUHÇIXAN İnformasiya Agentliyi Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulda keçirilən 15-ci “IDEF - 2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunan “Nazar” sistemi “Meteksan” şirkəti tərəfindən istehsal edilib.
Raketləri lazer işıqları və ən müasir vasitələrlə aşkarlayıb zərərsizləşdirə bilən “Nazar” təkcə müharibə dövründə deyil, sülh şəraitində də elektronika sistemlərini inkişaf etdirmək üçün yararlıdır.