ABŞ prezidenti Cozef Bayden və Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı telefon söhbətinin gedişatında G7-nin (“Böyük yeddilər”) gələn həftə Əfqanıstanda vəziyyətə həsr edilmiş onlayn-sammitini keçirməyə razılaşdırıblar.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
"Onlar ümumi strategiyanı və yanaşmanı müzakirə etmək üçün gələn həftə G7 liderlərinin virtual görüşünü keçirməyə razılaşdırdılar", - xəbərdə qeyd edilir.
Qeyd edək ki, Britaniyanın baş naziri Boris Consonla ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Britaniyanın hökumət başçısı ABŞ-ın dövlət rəhbəri ilə Əfqanıstanda yaranmış vəziyyəti müzakirə edib.