Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən "IDEF 2021" Beynəxalq Müdafiə Sənayesi sərgisində iştirak edib və TÜMOSAN tərəfindən hazırlanan PUSAT Hibrid hərbi avtomobilini incələyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Albayrak Qrupunun idarə heyətinin sədri Ahmet Albayrak və sədr müavini Nuri Albayrak zirehli texnika barədə ölkə rəhbərinə geniş məlumat veriblər. Bildirilib ki, bu, ilk dəfədir "IDEF 2021" sərgisində təqdim olunur və ən önəmli cəhəti mühərrikinin yerli imkanlar hesabına hazırlanmasıdır.
Belə ki, hərbi texnikanın mühərriki 310 at gücündədir və digər hərbi nəqliyyat vasitələrinə də bu tip mühərriklərin inteqrasiyası həyata keçiriləcək.
Hazırda 100 zirehli texnikanın mühərrikinin montajına başlanılıb və bu texnikalar Türkiyə Silahlı Qüvvələrinə təslim ediləcək.
Qeyd edək ki, Türkiyədə "IDEF 2021" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də iştirak edir.