Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun Çamlıca təpəsində ucaldılan Türkiyənin ən hündür və ən böyük türk bayrağının bir bənzəri də şəhərin Avropa qitəsində dalğalandırılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla əlaqədar ölkə başçısının təlimatlarına əsasən, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən hazırlıq işləri başladılıb.
İnşa edilən yeni bayraq dirəyinin yerləşdiyi ərazinin təməlinin tikintisinə 32 ton dəmir və 240 kubmetr beton istifadə edilib. Yeni növ texnologiyalarla hazırlanan bayraq dirəyinin ən alt hissəsinin uzunluğu 410 santimetr, ən üst hissəsi isə 140 santimetr olmaqla ümumi hündürlüyü 144,75 metr təşkil edəcək.