Türkiyəli antropoloqlar 8.5 milyon yaşı olan kərgədan başının qalıqlarını aşkarlayıblar - FOTOLAR
Türkiyənin Çankırı şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində 8.5 milyon yaşı olduğu ehtimal edilən kərgədan başının qalıqları aşkarlanıb.
NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ekspedisiyaya Ankara Universitetinin professoru, antropoloq Ayla Sevimli Erol rəhbərlik edir. O deyib: “Hazırda aşkarladığımız kərgədan kəlləsini torpaqdan çıxarmağa çalışırıq. Bu günədək kərgədanların üç müxtəlif növünə rast gəlmişik. Ümumilikdə bölgədə kərgədanlara aid 500-dək kəllə sümüyü aşkarlamışıq. Çankırıda kərgədanların kəllə sümüklərinin çoxluq təşkil etməsi bu bölgənin bol sulu ərazi olmasını təsdiqləyir”.