Qərbi Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistanın “Shamshyan.com” saytına istinadən xəbər verir ki, kəndlilər su probleminə etiraz ediblər.
Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.
Üçmüədzin-Əştərək yolunu bağlayan fermerlər erməni polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.