Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Konsleri Angela Merkel arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən proseslər, miqrasiya və bölgədəki digər məsələlər müzakirə edilib.
Prezident Ərdoğan uyğun şərtlərin yaradıldığı təqdirdə Kabul Hava Limanında təhlükəsizlik və digər fəaliyyətlərini davam etdirəcəklərini ifadə edib.
Türkiyə Prezidenti Əfqanıstanda yaranan yeni hökumətin bütöv xalqı əhatə və təmsil etməsinin, eyni zamanda Əfqanıstandan qaynaqlanan köç səbəbi ilə yarana biləcək humanitar faciənin qarşısının alınması məqsədilə bu insanlara qonşu ölkələrdən təcili yardım göstərilməsinin vacibliyini vurğulayıb.