Genuyada körpünün uçması nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb

A- A A+

İtaliyanın Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb, 2 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.

NUHÇIXAN ANSA agentliyinə istinadla xəbər verir ki, bunu faciənin baş verdiyi ərazidə axtarış işlərini davam etdirən xilasedicilər bildirib. Son məlumata görə, dağıntılar altından içərisində 3 nəfərdən ibarət ailənin – ata, ana və onların 9 yaşlı oğlunun cəsədlərinin olduğu avtomobil çıxarılıb. Yerli hakimiyyət orqanlarından bildiriblər ki, xəstəxanalarda 10 yaralı müalicə alır, onların 9-nun vəziyyəti ağırdır.

Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 30-dan çox nəqliyyat vasitəsi olub.

Bu gün Genuyada faciə qurbanlarının dəfn mərasimi keçiriləcək. Hadisə ilə bağlı ölkədə ümummilli matəm elan edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: