Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, danışıq əsnasında Aİ-nin Türkiyəni “Rəqəmsal COVID-19 Sertifikatı”na daxil etmək qərarından məmnunluğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan, hazırda beş milyon qaçqına ev sahibliyi edən Türkiyənin əlavə bir köçü öz öhdəsinə götürə bilməyəcəyini vurğulayıb.