“Üç əsgərimizi kim öldürdüyünü bilmirəm. Lakin mənim və klubumuzun 5 vilayətdə (Şirak, Qeğarkunik, Armavir, Kotayk, Aratsotn) apardığı araşdırmalara görə, 1994-2014-cü illərdəki “dinc” illərdə orduda 500-dən artıq qurbanımız olub və onlardan 18 faizi diversiya, başqa atəşkəs pozuntuları səbəbindən idi”
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu “Facebook” səhifəsində erməni siyasi-ictimai xadim Levon Barseğyan yazıb.
“Əgər bu, (3 erməni əsgərin cəsədinin tapılmasını nəzərdə tutur - red.) diversiya idisə, komandanlığın, yumşaq dildə desək, bu qədər ağır dərsdən sonra yatdığının sübutudur, əgər bu, xidmət yoldaşı və ya xidmət yoldaşları tərəfindən davanın, zorakılığın, intiqamın nəticəsidirsə (düşünürəm ki, təxminən 10 il əvvəl də bir hadisə oldu, 5 əsgər öldürülmüşdü), deməli ordu müharibədən əvvəl olduğundan daha pis vəziyyətdədir”, - deyə o qeyd edib.