BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”

A- A A+

Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin uşaqlarla bağlı fondu UNICEF-in direktoru Henrietta For tviter səhifəsində yazıb.

Bildirilib ki, UNICEF Əfqanıstanda humanitar yardım fəaliyyətlərini davam etdirir.

“Bizim məqsədimiz Əfqanıstandakı bütün uşaqların hüquqlarının realizasiyası və qorunmasıdır. Bu gün təxminən 10 milyon uşaq humanitar yardıma möhtacdır. 1 milyona yaxın uşaq müalicəsizlikdən ölə bilər”, - qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: