ABŞ-da "İnstagram" sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə populyar internet mənbələrinin fəaliyyətini izləyən "Downdetector" servisinin saytında bildirilib.
Qeyd olunub ki, nasazlıqlar barədə məlumat verən istifadəçilərin 80 faizi xəbər lentini izləməkdə problem yaşayır, 12 faizi sayta daxil ola bilmir, digər 9 faizi hekayələrə baxarkən çətinliklərdən şikayətlənir.