İranın Cənubi Xorasan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN İnformasiya Agentliyi Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi məlumata istinadla xəbər verir ki, zəlzələ səhər saat 07:05 baş verib. Yerin 11 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində bəzi binalara zərər dəyib.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım maşınları gedib. Dağıntılar və insan tələfatı barəsində hələlik ətraflı məlumat yoxdur.